image-67d2e88f6a4d5a3fe3f716a3backend

Bağlı qapılar arxasında nüvə danışıqlarında böhran: İrandan diplomatik qarşıdurma

İran Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la bağlı qapılar arxasında aparılan müzakirələrə cavab olaraq Britaniya, Fransa və Almaniya səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.
Elchi.az  əbər verir ki, İran Xarici İşlər Nazirliyinin bəyanatına görə , nüvə sazişinin Avropa tərəfləri olan İngiltərə, Fransa və Almaniya ilə ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı bağlı qapılar arxasında müzakirələr “heç bir texniki və hüquqi əsası olmayan və ABŞ-ın birtərəfli və gərginlik yaradan yanaşmasına uyğun olan təxribat cəhdi” kimi qiymətləndirilib.
Bəyanatda ABŞ və 3 Avropa ölkəsinin BMT Təhlükəsizlik Şurasının mexanizmindən sui-istifadə etdiyi, İngiltərə, Fransa və Almaniyanın Tehrandakı səfirlərinin buna etiraz etmək üçün nazirliyə çağırıldığı vurğulanıb.
Səfirlərə məlumat verilib ki, bu ölkələrin mövqeyi 2018-ci ildə BMT TŞ-nin təsdiq etdiyi nüvə sazişindən birtərəfli qaydada çıxmış ABŞ-a dəstək olacaq və İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında əməkdaşlığın fəaliyyətinə təhlükə yarada bilər.
Bildirilib ki, 2018-ci ildə nüvə sazişindən çıxan ABŞ və sazişin Avropa tərəfləri olan İngiltərə, Fransa və Almaniya dünən BMT Təhlükəsizlik Şurasında bağlı qapılar arxasında İranın nüvə proqramını müzakirə ediblər.
İclasla bağlı açıqlama verən İranın BMT-dəki Daimi Nümayəndəliyi “ABŞ BMT Təhlükəsizlik Şurasından İrana qarşı iqtisadi müharibəni gücləndirmək üçün bir vasitə kimi istifadə etmək niyyətindədir” deyib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki