Dünya birliyinin qarşısında sülhü qorumaq vəzifəsi durur.
Elchi.az Reporta istinadən xəbər verir ki, bunu XII Qlobal Bakı Forumunda keçirilən panel müzakirəsi zamanı Sloveniyanın sabiq Prezidenti Borut Pahor deyib.
“Əsas sual budur ki, dünya birliyini dəyişmək üçün bizə müharibə lazımdırmı? Xeyr, lazım deyil”, – o bildirib və ardınca bu gün dünyada 50-dən çox münaqişənin olduğunu vurğulayıb.
Pahor qeyd edib ki, sülhü qorumaq üçün dövlətlər geosiyasi dəyişikliklərə uyğunlaşmalıdırlar və Avropa İttifaqı (Aİ) kimi təşkilatlar öz siyasi təsirlərini genişləndirmək üçün yeni təkan almalıdırlar.
“Aİ-yə gəlincə, ilk növbədə, o, daxildən daha güclü olmalıdır. Deməli, ola bilsin, institusional dəyişikliklərdən danışırıq, ola bilsin, günlərin birində Avropa Birləşmiş Ştatlarının yaradılmasından danışırıq”, – Sloveniyanın keçmiş Prezidenti deyib.