image-40backend

Rubio G7 diplomatlarını BUNA inandırmaq istəyir 

“G7 xarici işlər nazirlərinin görüşü Kanadada keçirilir, bu, Donald Trampın hakimiyyətə qayıdışından sonra G7-nin ilk görüşüdür”,

Elchi.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazır.

Əsas sual ABŞ dövlət katibi Marko Rubionun qrupa dost, yoxsa rəqib kimi çıxacağıdır.

“New York Times” qəzetinin yazdığına görə, Rubio G7 diplomatlarını diqqətini Ukraynadakı müharibəni dayandırmağa inandırmaq istəyir. G7 ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiyadan ibarətdir ABŞ və onun qrupdakı tərəfdaşları üçün digər problemli mövzu Vaşinqtonun Kanada və digər ölkələrə qarşı apardığı ticarət müharibəsidir.

Son həftələrdə Tramp dəfələrlə Kanadanı “ABŞ-ın 51-ci ştatı” adlandırıb və Kanadaya qarşı gömrük rüsumlarının tətbiqini onun ekspansionist bəyanatları ilə əlaqələndirib. Əvvəlcə hörmətsiz zarafat kimi qəbul edilən şey daha ciddi bir çalar alır. bir çox kanadalılar ABŞ-ın həqiqətən də Trampın dövründə ilhaq etmək istədiyindən ehtiyatlanır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki