image-49backend

Uşakov: Rusiya Ukraynada uzunmüddətli sülhə nail olmağa çalışır 

“Rusiya Ukraynada Moskvanın bütün maraq və narahatlıqlarını nəzərə alan uzunmüddətli sülh yolu ilə nizamlanmasına çalışır”.

Elchi.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov “Rossiya” telekanalının “60 dəqiqə” proqramının aparıcısı Olqa Skabeyevaya müsahibəsində deyib.

Rusiya liderinin köməkçisi qeyd edib ki, Rusiya 30 günlük atəşkəs təklifindən razı deyil, çünki bu, Ukrayna hərbçiləri üçün müvəqqəti möhlət olardı.

O, ABŞ-la gələcək birgə işdə Rusiyanın mövqeyinin nəzərə alınacağına ümid etdiyini bildirib.

Martın 11-də Səudiyyə Ərəbistanında Amerika və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar olub. Görüşdən sonra Kiyev rejiminin nümayəndələri 30 gün ərzində atəşi dayandırmağa hazır olduqlarını bəyan ediblər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki