Böyük Britaniyanın baş naziri Keir Starmer sülhü qorumaq üçün Ukraynaya qoşun yerləşdirəcəklərini deyib və əlavə edib: “Avropa razılaşmanı qorumaq üçün üzərinə düşəni etdimi?” “Digər ölkələrlə çox çalışırıq ki, soruşanda “Bəli” desinlər”.
Elchi.az xəbər verir ki, Starmer Yorkşir bölgəsində dövlət xidmətlərinin islahatı ilə bağlı açıqlamalar verib.
Ukraynadakı müharibənin ölkədəki işçi sinfinə pis təsir etdiyini deyən Starmer hesabların və yaşayış xərclərinin artdığını vurğulayıb.
Rusiya prezidenti Vladimir Putini “münaqişəyə ac olmaqda” günahlandıran Starmer deyib: “Putinin artıq münaqişə və xaosa həvəsi var və bu, daha da artacaq” – ifadəsini işlətdi.
Siyasətçilərin təhlükəsizliklə bağlı sərt qərarlar verməli olduqlarını qeyd edən Starmer, “Buna görə də müdafiə xərclərinizi artırmağa qərar verdik”,- deyib.
Baş nazir Starmer həmçinin Ukraynaya göndərilməsi planlaşdırılan koalisiya əsgərləri arasında ingilis əsgərlərinin də yer alması ilə bağlı qiymətləndirmə edib.
Ukraynadakı müharibənin İngiltərədəki insanlara mənfi təsir etdiyini , Rusiyanın Avropanın hava, quru və dəniz sərhədlərini pozduğunu ifadə edən Starmer, “Keçmişdə razılaşmalar var idi, amma heç kim bu razılaşmaları qorumadı. Putin istədiyi vaxt sərhədi keçdi. Bu, Ukrayna, Avropa və bizim üçün yaxşı deyil” – qiymətləndirməsini edib.
Hökumət səhiyyə xidmətlərinin idarə edilməsini öz üzərinə götürəcək
2010-2024-cü illər arasında ölkəni idarə edən Mühafizəkarlar Partiyası hökumətlərini tənqid edən Starmer, bu hökumətlərin səhiyyə xidmətlərini daha müstəqil etmək üçün Milli Səhiyyə Xidmətini (NHS England) qurduğunu xatırladıb.
NHS İngiltərənin səhiyyə xidmətləri göstərmək üçün 200 milyard funt sterlinq büdcə idarə etdiyini qeyd edən Starmer, “Niyə 200 milyard funt-sterlinq vergi ödəyicilərinin pulu ilə bağlı qərarlar təhlükəsizlik qədər əsas bir mövzuda müstəqil bir qurum tərəfindən verilir?” – deyə soruşdu.
Starmer “Bunu Britaniya xalqına izah edə bilmərəm” dedi. O bildirib ki, səhiyyə xidmətləri iki dəfə bürokratiyaya ilişib qalmalı olub.
Bu səbəblə NHS İngiltərə strukturunu bağlayacaqlarını açıqlayan Starmer, səhiyyə xidmətinin idarəçiliyinin hökumətin altına alınacağını, beləliklə bürokratiyada itirilən vaxt və pulun işçilər üçün istifadə ediləcəyini söylədi.
Digər tərəfdən, 10 nömrəli Baş nazirlik ofisi, Starmerin İngiltərə NHS-i bağlamaq planı ilə əlaqədar bir şərh edərək, prosesin 2 ilə tamamlanacağını ifadə etdi.
Nuranə Məmmədova