image-13backend

Alimlər tarakanları kiberböcəklərə çeviriblər 

Yaponiya və İndoneziyadan olan tədqiqat qrupu tarakanları axtarış və xilasetmə missiyalarında istifadə oluna bilən kiberböcəklərə çevirib.

Elchi.az xəbər verir ki, inkişaf etdirilən texnologiya sayəsində böcəkləri kiçik və çətin ərazilərə yönəldə bilirlər.

Osaka Universiteti və Diponegoro Universitetinin tədqiqatçıları tarakanların təbii hərəkət qabiliyyətlərindən istifadə edərək onları elektron sistemlərlə təchiz ediblər.

Bu sistem həşəratların antenalarına və bədənlərinə yerləşdirilən elektrodlar vasitəsilə hərəkətlərini istiqamətləndirməyə imkan verir.

Mexanik mühəndis Mochammad Ariyanto, “Kiçik miqyaslı robot istehsalı çox çətin bir prosesdir. Biz bu maneəni aradan qaldırmaq üçün təbii orqanizmə elektron cihazları əlavə etməyi seçdik” dedi.

Çətin ərazilərdə sınaqdan keçirilmişdir

Madaqaskar tıslayan tarakanlar üzərində aparılan təcrübələrdə alimlər bu kiberböcəklərin qum, daş və taxta maneələrlə dolu ərazidə uğurla hərəkət etdiyini müşahidə ediblər.

İnkişaf etdirilən ‘biohibrid davranışa əsaslanan naviqasiya (BIOBBN) sistemi’ sayəsində böcəklər müəyyən edilmiş hədəfə çatarkən maneələri dəf edə bilirlər.

Tədqiqatçılar bildirirlər ki, bu sistem iki fərqli naviqasiya alqoritmini ehtiva edir. Sadə mühitlərdə istifadə edilən sistem daha böyük elektron bel çantası tələb etdiyi halda, mürəkkəb ərazilərdə istifadə edilən sistem daha yüngül avadanlıqla işləyir.

image-14

Axtarış-xilasetmə və kəşfiyyat məqsədləri üçün istifadə oluna bilər

Kiberböcəklər zəlzələ və müharibələr kimi fəlakətlərdə dağıntılar altında qalanları aşkar etmək üçün istifadə edilə bilər.

Dar tunellərdə, boru kəmərlərində və insanların çətin çıxışı olan ərazilərdə kəşfiyyat potensialına malik olan bu texnologiya ətraf mühitin monitorinqi və mədəni irs obyektlərinin qorunması üçün də qiymətləndirilə bilər.

“Bu biohibrid naviqasiya sistemi bizə mexaniki robotların düşmə kimi üzləşdiyi fundamental problemlərin öhdəsindən gəlməyə kömək edə bilər”, – Osaka Universitetindən Keisuke Morishima bildirib.

“Bu, real dünya şəraitində istifadə üçün uyğun bir həll təklif edir” dedi.

Bununla belə, tədqiqat qrupu böcəklərin bu vəziyyətə necə reaksiya verməsi ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu bildirir.

Bu araşdırma Soft Robotics jurnalında dərc olunub.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki