image-29665063-efb5-37f1-b03b-6e0374144be6_850backend

“Real”ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq

İspanyanın “Real” klubunun futbolçusu Ferland Mendi 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq.

Elchi.az “Diario AS”a istinadən xəbər verir ki, müdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə cavab matçında zədələnib.

Müayinədən sonra onun sol dizindən zədə aldığı və 3-4 həftə meydana çıxa bilməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, “Real” İspaniya La Liqasının qarşıdakı üç turunda “Vilyareal”, “Leqanes” və “Real Sosyedad” komandaları ilə üz-üzə gələcək.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki