ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna prezidenti Volodimir Zelenski qiymətli metallar müqaviləsini imzalamaqdan imtina edərsə, Ukrayna rəsmilərinə qarşı “korrupsiya iddialarını” mətbuata sızdırmaqla hədələyib.
Elchi.az xəbər verir ki, “Washington Post” yazarı David İqnatius qəzetdə dərc olunan məqaləsində Vaşinqton administrasiyasının Rusiya -Ukrayna sülh danışıqları ilə bağlı mövqeyini dəyərləndirib.
Keçən həftə Ağ Evə səfər etməzdən əvvəl Tramp administrasiyasının Zelenskiyə qiymətli metallar müqaviləsini “imzalamaq” üçün təzyiq etdiyini iddia edən İqnatius ABŞ-ın Ukrayna rəsmilərinə qarşı korrupsiya iddialarını ictimaiyyətə açıqlamaqla hədələdiyini də iddia edib.
Rusiya-Ukrayna sülh danışıqlarının “real danışıqlara” çevrilməsi üçün Trampın Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərməli olduğunu irəli sürən İqnatius Trampın bu mövzuda “boş getdiyini” bildirib.
İqnatius Trampın xarici siyasətini caz musiqisinə bənzədib: “O, sərbəst formadadır, struktursuzdur və daim improvizasiya edir. Bu, həyatını xilas edə bilər və ya daha çox ukraynalı və rusu öldürə bilər” – ifadələrdən istifadə edib.
İqnatius həmçinin bildirib ki, Ağ Ev Zelenskiyə təzyiqi artırmaq üçün Ukraynanın Böyük Britaniyadakı səfiri və keçmiş Baş Qərargah rəisi Valeri Zalujnı ilə əlaqə saxlayıb.
Nuranə Məmmədova