image-guney-korebackend

Cənubi Koreya ABŞ-ın qara siyahısındadır?

Cənubi Koreya rəhbərliyi ABŞ-ın “həssas ölkələr siyahısı”na daxil ediləcəyi iddiası ilə bağlı Vaşinqtonla məsləhətləşdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, “The Korea Herald” qəzetinin xəbərinə görə, Cənubi Koreya Xarici İşlər Nazirliyinin sözçüsü Li Jae-woong mətbuat mənsublarına açıqlamasında ölkəsinin ABŞ ilə əlaqələri ilə bağlı qiymətləndirmələr edib.
ABŞ Energetika Nazirliyinin  Cənubi Koreyanı “həssas ölkələr siyahısına” əlavə etməyi düşündüyünə dair xəbərlərdən sonra Li Vaşinqton administrasiyası ilə məsləhətləşdiklərini bildirib..
Li həmçinin qeyd edib ki, “həssas ölkələrin siyahısı” hələ yekunlaşdırılmayıb.
“Həssas vəziyyətləri olan ölkələrin siyahısı”
ABŞ Energetika Nazirliyinin  tərifinə görə, ölkələr “milli təhlükəsizliyə, regional qeyri-sabitliyə, milli iqtisadi təhlükəsizliyə təhdid və ya terrorizmə dəstək” kimi əsaslarla “həssas ölkələr siyahısı”na daxil edilə bilər.
Şərh edilir ki, əgər onların ölkəsi bu siyahıya daxil edilərsə, Cənubi Koreyalı tədqiqatçılar üçün DOE ilə bağlı layihələr üzərində işləmək çətin olacaq.
Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul martın 11-də bildirib ki, qeyri-rəsmi mənbələrdən öyrənilib ki, ABŞ bu ölkəni “həssas ölkələr siyahısı”na əlavə etməyi düşünür.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki