Rusiya Ukraynanın cənubundakı Zaporojai şəhərində bir oteli hədəfə alıb. Hücumda biri uşaq olmaqla 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətinin hücumla bağlı verdiyi açıqlamada “Xilasetmə qrupları Zaporojidə raket hücumunun nəticələrini aradan qaldırıb. Sentyabrın 2-də saat 23:03-də rus qoşunları Zaporojidə yaşayış məntəqəsini vurdular. Oteldə atışma nəticəsində 38 yaşlı qadın və onun 8 yaşlı oğlu ölüb. Qadının 12 yaşlı qızı dağıntılar altından çıxarılaraq xəstəxanaya aparılıb. 43 yaşlı kişi də yaralanıb. Hadisə yerində xilasetmə qrupları, polis, tibb işçiləri və könüllülər çalışıb. “Xilasetmə işləri başa çatıb”, – deyə bildirilib.
Şayəstə Hüseynova