“Ukraynanın da Rusiya ərazisinə zərbələr endirməsi müharibəni qlobal miqyasa çıxarmayacaq, çünki Rusiya artıq dağılır”.
Bunu Milli.Az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının üzvü, professor Petro Mironenko deyib.
O bildirib ki, Qərb Ukraynaya yardım etməyə məcburdur:
“Dünyanın ən böyük düşməni olan dövlətin yoxa çıxmasına az qalıb, may ayını gözləyirik. Müharibənin davam etdiyi hər gün Rusiyanın ziyanına işləyir. ABŞ və müttəfiqləri Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəklər.
Ukraynanı həm Britaniya, həm də ABŞ güclü silahlarla təchiz etməyə başlayıb. Çünki bu, tək Ukraynanın müharibəsi deyil, çünki Ukrayna indi sivilizasiyanı terrorçu Rusiyadan qoruyur, ona görə də Qərb ona lazım olan hər şeylə kömək etməyə məcburdur. ABŞ və müttəfiqlərinin başqa seçimi yoxdur.
Rusiyanı indi dayandırmaq lazımdır, çünki başqa vaxt bu mümkün olmayacaq”.