image-_120028400_gettyimages-1203463757-594x594backend

“Krım Ukraynadır, onun tərkib hissəsidir” – Erməni analitik

“Rusiya və Ukraynadakı erməni icmaları pis hadisələrin baş verəcəyi təqdirdə ən çox zərərçəkən olacaqlarından qorxurlar”

Alp.az xəbər verir ki, bunu Rusiyada yaşayan erməni publisist-jurnalist, analitik Vahe Avanesyan deyib.

Onun sözlərinə görə, Rusiya bu mərhələ üçün yanlış siyasət aparmayıb, üstəlik, münaqişənin genişlənməməsi, böyük hərbi münaqişəyə çevrilməməsi üçün əlindən gələni edir, təəssüf ki, Ukrayna buna adekvat reaksiya vermir.

Avanesyan qeyd edib ki, əsas səbəb Ukraynanın arxasında ABŞ, Böyük Britaniya və ümumilikdə NATO-nun dayamasıdır.

Ukrayna Erməniləri Birliyinin üzvü Davit Mkrtçyan isə bildirib ki, onlar münaqişə başlayandan bəri ümumi mövqelərini ifadə ediblər və bu, 8 ildə dəyişməyib.

“Krım Ukraynadır, onun tərkib hissəsidir. Biz 1991-ci ildə BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində Ukraynanın ərazi bütövlüyünü tanıyırıq və müdafiə edirik”, – deyə o qeyd edib.

Avanesyan və Mkrtçyan vurğulayıblar ki, Rusiya və Ukraynadakı erməni icmaları pis hadisələrin baş verəcəyi təqdirdə ən çox zərərçəkən tərəf olacaqlarından qorxurlar.Ordu.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki