İsrail ordusunun Livanın cənubunda işğal etdiyi Kefr Killa qəsəbəsində evləri yandıraraq atəşkəsi pozduğu bildirilir.
Elchi.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA İsrail qüvvələrinin ölkənin cənub-şərqindəki Nəbatiya əyalətinin Mərcayun rayonunun Kafr Killa bölgəsindəki yaşayış yerlərinə və digər mülklərə hücum etdiyini bildirib.
Kefr Killa bölgəsində evləri yandıran İsrail ordusu hücumları ilə atəşkəsi pozaraq sakinlərin geri qayıtmasını çətinləşdirir.
Livan və İsrail arasında 27 noyabr 2024-cü ildə atəşkəs əldə edilib. Bu atəşkəs çərçivəsində İsrail ordusunun 60 gün ərzində Livanın cənubunda tutduğu nöqtələrdən geri çəkilməsi tələb edilib. Lakin İsrail Livan ordusunun ölkənin cənubunda “tam qurulmadığını” iddia edərək işğal müddətini fevralın 18-dək uzadıb.
Livan Səhiyyə Nazirliyinin açıqlamalarına görə, atəşkəsdən sonra İsrail ordusunun hücumları nəticəsində 75 nəfər ölüb, 267 nəfər yaralanıb.
Şayəstə Hüseynova