ABŞ-dan 86 ton döyüş sursatı daşıyan səkkizinci təyyarə Ukraynaya uçub.
Alp.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov mətbuata açıqlamasında məlumat verib.
O qeyd edib ki, yanvarın 22-dən etibarən ABŞ-dan Ukraynaya 650 tondan çox müdafiə texnikası göndərilib. Göndərilən texnikalar içərisində tank əleyhinə vasitələr, tanklar, toplar, zirehli gödəkçələr və raketlər üstünlük təşkil edir.