image-donald-trump-reu-1607098backend

Tramp yenidən İranı hədəfə alıb: İran husilərin hücumlarını diktə edir

ABŞ prezidenti Donald Tramp Qırmızı dənizdə husilərin yüzlərlə hücumunun “İrandan qaynaqlandığını” iddia edib.
Elchi.az xəbər verir ki, Trump bu barədə “Truth Social” sosial media platforması hesabında açıqlama verib.
Tramp İranın bölgədə nəzarəti itirməsinin həqiqəti əks etdirmədiyini, husilərin hər addımını diktə etdiyini, Yəməndəki qruplaşmanı pul, silah, kəşfiyyat və yüksək inkişaf etmiş hərbi texnika ilə təmin etdiyini iddia edib.
ABŞ-ın husilərin istənilən hücumunu “İran” tərəfindən həyata keçirilmiş hesab edəcəyini bildirən Tramp, buna görə də İranın Qırmızı dənizdəki bu hücumlara görə məsuliyyət daşıyacağını və Tehran rəhbərliyinin “dəhşətli nəticələrə” dözməli olacağını bildirib.
Trampın açıqlamaları husilərin ABŞ-ın Yəmənin Hudeydə və Cavf əyalətlərinə 6 hava hücumu təşkil etdiyini elan etməsindən sonra gəlib.
Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün dörd gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.
ABŞ prezidenti Tramp martın 15-də “Truth” sosial platforması hesabında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini açıqlayıb.
Husi lideri Əbdül-Malik əl-Husi açıqlamasında ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və hücumlarını davam etdirdikcə, dənizdə naviqasiyanın əngəllənməsinin Vaşinqtonu da əhatə edəcəyini bildirib.
Husilər ABŞ və İngiltərənin paytaxt Səna da daxil olmaqla bir sıra şəhərlərə endirdiyi hava hücumlarında 53 nəfərin öldüyünü, 98 nəfərin yaralandığını açıqlayıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki