Macarıstanın Baş naziri Viktor Orban dünyanın ən böyük vergi endirimi proqramını həyata keçirdiklərini və dünyanın ilk ailə mərkəzli iqtisadiyyatını yaradacaqlarını bildirib.
Elchi.az xəbər verir ki, Orban “X” sosial media hesabında paylaşdığı videoda ölkəsinin Avropada və dünyada ən əhatəli vergi endirimi proqramını həyata keçirdiyini açıqlayıb.
Bu yanaşmanın Macarıstan iqtisadiyyat tarixində yeni bir dövrə qədəm qoyduğunu bildirən Orban, “Dünyanın ilk ailə mərkəzli iqtisadiyyatını yaradırıq. Bir uşaqlı analar 30 yaşa qədər gəlir vergisindən azad ediləcək. İki və ya daha çox uşağı olan analar heç bir gəlir vergisi ödəməyəcək”,- deyib.
Orban bunun qlobal miqyasda rezonans doğuracaq bir addım olduğunu qeyd edərək, “Bununla biz Macarıstan ailəsinin gələcəyini təmin edirik”, – ifadəsini işlədib.
Nuranə Məmmədova