SpaceX-in qurucusu İlon Mask gələn ilin sonuna qədər Marsa insanabənzər robot göndərəcəyini açıqlayıb. O bildirib ki, Qırmızı Planetə ilk insan uçuşları ən tez 2029-cu ildə edilə bilər.
Elchi.az xəbər verir ki, Robotlar insanlardan əvvəl Marsa gedəcəkmi? Diqqətçəkən açıqlama ilə SpaceX kosmik şirkətinin baş direktoru İlon Mask çıxış edib. O, mesajı X sosial media platformasında sitat gətirərək, şirkətin 23 illik yubileyini təbrik edib. O, Tesla-ya məxsus başqa bir şirkət tərəfindən hazırlanan insanabənzər robot Optimusun qırmızı planet Marsa göndəriləcəyini açıqlayıb. Tarixə gəlincə, o, gələn ilin sonuna işarə edib.
Mask, Marsa ilk insan missiyasının 2029-cu ildə başlaya biləcəyini söylədi. Lakin o, 2031-ci ilin daha real təxmin olduğunu bildirdi.
SpaceX, Mars missiyaları üçün bu günə qədər ən güclü raket olaraq xarakterizə edilən Starship-i inkişaf etdirir. Bununla belə, Starship-in sınaq uçuşları hələ ki, tam uğurlu alınmayıb.
Mask eyni zamanda ABŞ prezidenti Donald Trampın müşaviri vəzifəsini də icra edir.
Trampın ABŞ-ın kosmik layihələrinə önəm verdiyi məlumdur. Bu, Maskın əlini gücləndirən amildir.
Şayəstə Hüseynova