image-trump-musk-reu-2305305_1backend

Tramp Mask ilə SpaceX-in Starship raketinin buraxılışını izləyib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp amerikalı milyarder İlon Maska məxsus “SpaceX” şirkətinə məxsus “Starship” raketinin buraxılış mərasimində Maskla birlikdə iştirak edib.
Elchi.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Tramp bu yaxınlarda onunla yaxın siyasi əlaqələri olan Maskla Texasda Starship raketinin kosmosa buraxılış mərasimində iştirak edib.
SpaceX-in ən böyük raketi Starship-in kosmosa 6-cı buraxılışı üçün ikisini bir araya gətirən tədbir Amerika mediasının da böyük marağına səbəb olub.
Seçki prosesi zamanı ona böyük məbləğdə ianə verən Maskı yeni qurulan Hökumətin Səmərəliliyi Departamentinin idarəçiliyinə həvalə edəcəyini bildirən Tramp, Starship-in təqdimat mərasiminə qatılaraq Maska dəstəyini də göstərib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki