image-ukraynabackend

Rusiya ordusu həyəcanda – Ukrayna irimiqyaslı əks-hücum siqnalı verdi 

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin cənub bölgəsində potensial əks-hücumlarına hazırlıq məqsədilə müdafiə əməliyyatlarına hazırlaşır.

Alp.az xəbər verir ki, bu barədə ABŞ Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Məlumata görə, ruslar Zaporojye vilayətinin işğal olunmuş ərazilərinə əlavə qruplaşmalar yerləşdirir. Bu məqsədlə Dneprudnıda öz mövqelərini Krımdan gələn texnikalarla gücləndirir və Vasilivka-Orixove-Qulyaypole xəttində əməliyyatları dəstəkləmək üçün Vasilivkada yenidən qruplaşırlar.

Rusiya qüvvələrinin Qara dənizin şimal-qərbində gücünü artırmağa çalışdığı bildirilib. Nikolayevdə Ukrayna qüvvələri Oçakov sahil xəttinin kritik hissəsini nəzarət altında saxlayır.

Qara dəniz limanlarına çıxışa nəzarəti gücləndirmək niyyətində olan Rusiya gəmilərinin qarşısını ala bilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki