image-antonio-guterres-aa-2130175_1backend

Quterreş: Dünyanın yeni iqlim maliyyəsi hədəfinə ehtiyacı var

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres dünyanın yeni bir iqlim maliyyəsi hədəfinə ehtiyacı olduğunu ifadə edərək, “Dünya iqlim maliyyəsi ilə bağlı borcunu ödəməlidir, əks halda bəşəriyyət bunun bədəlini ödəyəcək. İqlim maliyyəsi xeyriyyəçilik deyil, investisiyadır. İqlim tədbirləri seçim deyil, öhdəlikdir.”
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreş Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin 29-cu Konfransındakı çıxışında qlobal iqlim böhranı ilə bağlı maliyyə öhdəliklərinin yerinə yetirilməsinin zəruriliyini vurğulayıb.
Quterreş, “İqlim maliyyəsi xeyriyyəçilik deyil, sərmayədir. İqlimlə mübarizə bir seçim deyil, öhdəlikdir” deyərək, ölkələrin təcili tədbirlər görməli olduğunu bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki