Qatil baş nazir Netanyahu Qəzza zolağını ikiyə bölən Netzarim dəhlizinə gedərək bölgəni işğal edən əsgərlərlə görüşüb.
Elchi.az xəbər verir ki, Baş nazirlik Mətbuat İdarəsindən verilən yazılı açıqlamada Netanyahunu müdafiə naziri Yisrael Katz, Baş Qərargah rəisi Herzi Halevi və İsrail Daxili Kəşfiyyat İdarəsinin Şin-Bet (Şabak) rəisi Ronen Bar müşayiət edib.
Bölgəni işğal edən İsrail əsgərləri ilə görüşən Netanyahu burada açıqlama verərək hücumlar bitdikdən sonra HƏMAS-ın Qəzzanı “idarə etməyəcəyini” müdafiə edib.
Mətbuat İdarəsindən paylaşılan videoda İsrail ordusunun hücumundan sonra Qəzzada dağıntılar və bölgədən yüksələn tüstünün əks olunduğu anlar da yer alıb.
Netzarim dəhlizi Qəzzanın şimalı ilə cənubu arasındakı əlaqəni kəsib.
İsrail ordusunun gündən-günə genişləndirdiyi bu dəhliz sayəsində şimalda didərgin düşən və cənuba köç etmək məcburiyyətində qalan fələstinlilər bölgələrinə qayıda bilmir.
Netanyahu Təl-Əviv və HƏMAS arasında əsir mübadiləsi və atəşkəs üçün dolayı danışıqlarda razılığa gəlmək üçün Netzarimdə İsrail əsgərlərinin işğalının daimi olacağını şərt qoymuşdu.
Şayəstə Hüseynova