image-f15ex-2-840x480backend

“F-15”lər Rusiya yaxınlığında yerləşdirildi – Bölgədə savaş gərginliyi 

ABŞ “F-15” qırıcıları NATO-nun şərq cinahını dəstəkləmək üçün Polşanın Lask şəhərindəki 32 saylı taktiki hava bazasına gəlib.

Alp.az xəbər verir ki, Polşa müdafiə naziri Mariuş Blaşçak Amerika “F-15”ləri haqda danışıb.

“Amerikanın “F-15” döyüş təyyarələri NATO missiyası çərçivəsində şərq cinahını dəstəkləyəcək Laskdakı aviabazaya gəlib. Təyyarələr fevralın sonuna qədər Polşada qalacaq”, – nazir bildirib.

NATO missiyası çərçivəsində Polşaya gələn Amerika döyüş təyyarələri Estoniya, Litva və Latviyada patrul xidməti aparacaq.

Baltikyanı ölkələrin hava polis qüvvələrinə dəstək verəcək “F-15”lər bölgə ölkələrinin hava məkanlarını pozan Rusiya təyyarələrinin qarşısını almağa kömək edəcək.Teleqraf.com

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki