Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Çin haqqında yanlış təsəvvürünü düzəltməli və Asiya-Sakit Okean regionunun işlərinə qarışmamalıdır.
Elchi.az xəbər verir ki, bunu Çinin Aİ-dəki diplomatik missiyası NATO-nun baş katibi Mark Ruttenin alyansın Hind-Sakit okean regionundakı tərəfdaşları ilə əlaqələrin gücləndirilməsi zərurəti barədə sözlərini şərh edərkən bildirib.
“Çin NATO-nu Soyuq Müharibə təfəkküründən əl çəkməyə, Çin haqqında yanlış fikirləri düzəltməyə, Asiya-Sakit Okean regionunun işlərinə qarışmağı dayandırmağa və əksinə deyil, dünya sülhü və sabitliyinə töhfə verən daha çox işlər görməyə çağırır”.
Həmçinin, Ukraynadakı münaqişədən danışan Çin diplomatik missiyası bildirib ki, günahın üzərinə atılması və qrupların yaradılması vəziyyətin həllinə kömək etməyəcək.
Oktyabrın 2-də hindistanlı analitik S.L. Kantan deyib ki, NATO ölkələri Avrasiyada daha dinc mühitə nail olmaq üçün Ukraynanı silahlandırmağı dayandırmalı və Rusiya ilə sülh bağlamalıdır. Onun sözlərinə görə, Ukrayna “qlobalistlərin uğursuz geosiyasi layihəsidir”.
Nuranə Məmmədova