ABŞ-ın Ukrayna və Avropanı danışıqlardan kənarda qoyması Avropada ikinci Ukrayna sammitinə çağırışlara səbəb olub. ABŞ-a cavab olaraq Avropa ölkələri tarixdə ilk dəfə ABŞ olmayan müharibə və Avropa müdafiə təlimləri təşkil edir. Təlim Avropanın ABŞ-dan asılı olmadan Ukrayna müharibəsinə müdaxilə edə bilməsi kimi şərh edilir.
Elchi.az xəbər verir ki, ABŞ-ın Rusiya ilə Ukraynasız danışıqlar aparmasından və prezident Donald Trampın Ukrayna prezidentini “diktator” adlandırmasından sonra Fransa, Kanada və əksər Avropa ölkələrinin qatılacağı ikinci Ukrayna sammitinə hazırlıqlar başlayıb. Fransa prezidenti Emmanuel Makronun rəhbərliyi altında keçiriləcək ikinci sammit öncəsi Zelenski də Trampla keçirdiyi mətbuat konfransını ləğv etmək qərarına gəlib. NATO-nun avropalı üzvləri danışıqlardan kənarda qalmaları və Trampın Rusiyanın tələbləri ilə getdikcə yaxınlaşması nəticəsində daha bir kritik qərar qəbul ediblər. Avropa ölkələri ABŞ-ın yer almadığı və Ukrayna müharibəsinə müdaxilə planının ilk dəfə yerdə ifşa olunduğu hərbi təlim keçirir. Təlim göstərir ki, Avropa Ukrayna müharibəsi və qitənin Rusiyaya qarşı müdafiəsi ilə bağlı ABŞ-dan asılı olmayaraq öz hərbi strategiyalarını və qərarlarını verə bilər.
Şayəstə Hüseynova