image-donald-trump-1476668_1backend

Tramp Qəzzalılar haqqında qalmaqallı ritorikanı təkrarladı

ABŞ prezidenti Donald Tramp Qəzzada yaşayan fələstinlilərin qonşu ölkələrə göndərilməsi ilə bağlı ritorikasını təkrarlayaraq, “Onların iğtişaşlar və zorakılıq olmadan yaşaya biləcəkləri bir bölgədə yaşamalarını istəyirəm” deyib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp Mayamidən Vaşinqtona qayıdarkən təyyarədə mətbuat mənsublarının suallarını cavablandırıb.
Qəzzalıların qonşu ölkələrə göndərilməsi ilə bağlı əvvəlki açıqlaması ilə bağlı sualı cavablandıran Tramp, məsələ ilə bağlı fikirlərinin dəyişmədiyini qeyd edərək, “Onların qarışıqlıq və şiddət olmadan yaşaya biləcəkləri bir bölgədə yaşamalarını istəyirəm” deyib.
Qəzza zolağına baxanda görürsən ki, uzun illər cəhənnəm kimidir”. Tramp qeyd edib ki, bölgədə uzun müddətdir zorakılıq hökm sürür.
Yaxın Şərqə sülhün gəlməsini görmək istədiyini deyən Tramp, “Məncə, insanların çox daha təhlükəsiz və daha rahat ərazilərdə yaşamasına şərait yarada bilərsiniz” o, şərh edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki