Netanyahu Trampın qələbəsindən sonra keçmiş nazir müavini Laiteri ABŞ-ın yeni səfiri təyin edib.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu respublikaçı Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərindən sonra keçmiş təhsil nazirinin müavini Yechiel Laiteri İsrailin ABŞ-dakı səfiri təyin edib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu doktor Yechiel Laiter-i İsrailin ABŞ-dakı səfiri təyin etmək qərarına gəlib”, – deyə məlumatda bildirilir.
Netanyahu qeyd edib ki, yeni səfir istedadlı diplomat və natiqdir.
Vurğulanır ki, Layter özü də ABŞ-dandır və Amerika administrasiyasına və ölkəsinə yaxşı bələddir.
Noyabrın 6-da İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla İranla münaqişəni və yəhudi dövlətinin təhlükəsizliyini müzakirə edib. İsrailin baş naziri Amerikanın seçilmiş prezidentinə ilk zəng edənlərdən biri olub. Qeyd edilib ki, Tramp və Netanyahu arasında söhbət “isti və səmimi olub”.