Düşünürəm ki, Ukrayna sövdələşməyə getmək istəyir, çünki onların seçimi yoxdur. Hesab edirəm ki, Rusiya sövdələşmə etmək istəyir, çünki müəyyən, yalnız mənə məlum olan başqa mənada onların da seçimi yoxdur.
Elchi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Ukraynada müharibəyə son qoymaq üçün danışıqların perspektivləri ilə bağlı fikirlərini bölüşərkən deyib.