image-hakan-fidan-yenibackend

Fidan: Avropanın təhlükəsizlik arxitekturası ancaq Türkiyənin iştirakı ilə mümkündür

Türkiyənin xarici işlər naziri Hakan Fidan, “Avropanın davamlı və çəkindirici təhlükəsizlik arxitekturası yalnız Türkiyənin iştirakı ilə mümkündür” – deyib.
Elchi.az  xəbər verir ki, Hakan Fidan Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radmanla nazirlikdə keçirdiyi görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.
Nazir Fidan əvvəldən Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə həll edilməsi lazım olduğunu vurğuladıqlarını xatırladaraq, “Türkiyə olaraq dialoq və diplomatiyaya əsaslanan təşəbbüslərə töhfə verməyə hazır olduğumuzu hər fürsətdə dilə gətirdik. Bunu təkcə dilə gətirmədik, həm də əməli addımlar atdıq” – deyib.
Keçən həftə sonu İngiltərədə keçirilən Ukrayna toplantısında Türkiyənin avropalı müttəfiqləri ilə mövqeyini bölüşdüyünü ifadə edən Fidan, “Avropanın təhlükəsizliyi məsələsi yalnız Ukraynadakı müharibəyə endirilə bilməz. Avropanın təhlükəsizlik arxitekturası məsələsinə uzunmüddətli və strateji perspektivdən yanaşmaq lazımdır. Bu kontekstdə davamlı və çəkindirici təhlükəsizlik arxitekturası yalnız Türkiyənin iştirakı ilə mümkündür”- ifadələrdən istifadə edib.
Fidan Qəzzada atəşkəsin bütün mərhələlərinin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, “İsrail hökuməti Qəzza və İordan çayının qərb sahilində beynəlxalq qanunlara məhəl qoymamağa davam edir” – deyib.
İsrail hökumətinin Qəzzaya humanitar yardımların daxil olmasına qadağa qoyduğunu xatırladan Fidan, bu qərarın bir an əvvəl ləğv edilməsi lazım olduğunu qeyd edib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki