image-abd-disisleri-bakani-blinken-gazze-savasi-sona-erdirme-zamani-gelmis-olmali-1731508686-729_smallbackend

Blinken: “Qəzzada müharibəni bitirməyin vaxtıdır”

ABŞ dövlət katibi Antoni Blinken, İsrailin HƏMAS liderlərini öldürməklə hərəkatın 7 oktyabr 2023-cü il tarixində olduğu kimi böyük bir hücuma başlamasının qarşısını alaraq “qarşısına qoyduğu məqsədlərə çatdığını” və “bitirməyin vaxtı çata biləcəyini” bildirib.
Elchi.az xəbər verir ki, Blinken NATO-nun baş katibi Mark Rutte ilə görüşəcəyi Brüsseldə jurnalistlərə açıqlama verib.
Blinken Qəzza zolağında evakuasiya əmrinin verildiyi əraziləri tərk etməli olan insanların münaqişələr bitdikdən sonra geri qayıtmasını təmin etmək və humanitar yardım axınını artırmaq üçün “uzunmüddətli münaqişələrdə humanitar fasiləyə ehtiyac var”, – deyib.
Kərəm Əbu Səlim (Şalom) Qapısında gözləyən 900 yük maşınının olduğunu bildirən Blinken, İsrailin humanitar yardımı ehtiyacı olanlara təhlükəsiz şəkildə çatdırmaq üçün məsuliyyət daşıdığını xatırladıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki