image-7c280c85a8ea99818a147b7622278726backend

Ukrayna Rusiya ordusunun son itkilərini AÇIQLADI  

Ukrayna tərəfi Rusiya Silahlı Qüvvələrinin hərbi itkilərinin sayını açıqlayıb.

Alp.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 23800-ə yaxın canlı qüvvəsini itirib.

Bundan əlavə, Rusiya ordusunun 1048 tankı, 2519 zirehli döyüş maşını, 459 artilleriya sistemi, 152 reaktiv yaylım atəşi sistemi, 80 havadan müdafiə sistemi, 194 hərbi təyyarəsi, 155 helikopteri, 1824 avtomobil texnikası, 271 dronu, 38 xüsusi avadanlığı, 84 qanadlı raketi məhv edilib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki