image-333backend

“Ukrayna məğlub olsa, Avropa da süqut edəcək” – Volodimir Zelenski 

Gürcüstanın minlərlə sakini bu gün Tbilisinin mərkəzində Ukraynaya dəstək aksiyasına çıxıb. Rustaveli prospektinə toplaşanlara Kiyevdən Ukrayna prezidenti Volodimir Zelenski və hazırda Fransada olan Gürcüstan prezidenti Salome Zurabişvili telekörpü vasitəsilə müraciət ediblər. Bu barədə “Georgia News” məlumat yayıb.

Mitinqə Gürcüstan və Ukraynanın bayraqları gətirilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib. Parlament binasının qarşısında Zelenski və Zurabişvilinin müraciətlərinin yayımlandığı monitorlar quraşdırılıb.

Ukrayna lideri çıxışı zamanı Avropa xalqlarına müraciət edərək, susmamağı və Ukraynanı dəstəkləməyi xahiş edib:

“Səsinizi çıxarın, mübarizəmizə dəstək olun. Çünki Ukrayna məğlub olsa, Avropa da süqut edəcək. Yaşananları görməzdən gəlməyin. Çölə çıxın və əlinizdən nə gəlirsə, bizi dəstəkləyin. Əgər qalib gəlsək, ki qalib olacağımızdan əminəm, bu, demokratik dünyanın zəfəri olacaq. Bu, azadlığımızın zəfəri olacaq. Qalib gəlsək, Avropa qədər çiçək açacağıq və onlar da bizimlə heç olmadığı qədər buradan yaxşı çıxacaq. Çox yaşa, Ukrayna!”

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki