image-1024632043_0_58_1100_677_600x0_80_0_0_4cb2c3c9ce0c586460f9d7403d30496ebackend

Tramp Qəzzada razılığın əldə olunduğunu açıqlayıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İsrail və HƏMAS arasında Qəzzada atəşkəslə bağlı razılığın əldə edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İsrail və HƏMAS arasında Qəzzada atəşkəslə bağlı razılığın əldə edildiyini açıqlayıb.
“Truth Social” adlı sosial media platformasındakı hesabından verdiyi açıqlamada Tramp tərəflər arasında razılıq əldə olunduğunu açıqlayıb.
Donald Tramp açıqlamasında “Yaxın Şərqdəki məhbuslarla bağlı razılıq əldə olunub. Qısa müddətdə azad olunacaqlar. Təşəkkür edirəm” – deyib.
Atəşkəsin ilk mərhələsinin altı həftə davam edəcəyi açıqlansa da, HƏMAS-ın 33 israilli girovu daha çox sayda fələstinli məhbusla dəyişdirməyi öhdəsinə götürdüyü ifadə edildi. Hələlik neçə məhbusun azad ediləcəyi bəlli olmasa da, HƏMAS-ın hər canlı girov üçün daha çox məhbus tələb etdiyi bildirilib. Fələstinli mənbələr azad edilən fələstinlilərin ümumi sayının təxminən min olacağını açıqlad. İsrail əsgərlərinin atəşkəsin ilk mərhələsində Qəzzadakı yaşayış məntəqələrindən çəkiləcəyi açıqlanıb. İkinci mərhələdə bütün girovlar azad ediləcək. Üçüncü mərhələdə Qəzzanın yenidən qurulması təmin ediləcək.
İsraillə HƏMAS arasında imzalanan müqavilənin maddələri belədir:
Atəşkəsin davam etdiyi hər gün 50-si yanacaq daşıyan 600 yük maşını Qəzzaya daxil olacaq. Yük maşınlarından 300-ü zolağın şimalına göndəriləcək.
İsrail 2023-cü il oktyabrın 7-dən bəri həbsdə olan 19 yaşından kiçik bütün fələstinli qadın və uşaqları birinci mərhələnin sonuna qədər azad edəcək.
HƏMAS razılaşmanın ilk günündə 3 girovu azad edəcək. Bundan əlavə, birinci mərhələdə ümumilikdə 33 israilli girov azad ediləcək.
İsrail hər mülki girov üçün 30 fələstinli məhbusu və hər İsrail əsgəri üçün 50 fələstinli məhbusu azad edəcək. Bu, həbsdə olan 1000-dən çox fələstinlinin azad edilməsi deməkdir.
Razılaşmanın birinci mərhələsində İsrail qüvvələri tədricən Qəzzadan çəkiləcək və köçkün fələstinlilər bölgəyə qayıdacaq.
Atəşkəsin 16-cı günündə bütün israilli məhbusların azad edilməsi və İsrail ordusunun tamamilə geri çəkilməsi məqsədi ilə razılaşmanın növbəti mərhələləri üzrə danışıqlar başlayacaq.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki