image-download-13backend

Belarus və İran hərbi sahədə əməkdaşlığı müzakirə ediblər

Belarusun müdafiə naziri Viktor Hrenin və İranın müdafiə naziri Əziz Nəsırzadə hərbi sahədə əməkdaşlığı müzakirə ediblər.
Elchi.az xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin bəyanatına görə, Hrenin Belarusda səfərdə olan Nəsırzadə ilə görüşüb.
Hərbi sahədə əməkdaşlığın müzakirə edildiyi görüşdə Hrenin və Nəsırzadə səfərlə bağlı protokol imzalayıblar.
O, həmçinin İranın müdafiə naziri Nəsirzadə, Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç və Belarus Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus ilə ayrı-ayrılıqda görüşlər keçirib .
Bu görüşlər zamanı müdafiə sənayesi sahəsində birgə layihələr və beynəlxalq məsələlər müzakirə edilib.
Belarus və İran müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki