image-images-1backend

Nigeriyada meningit epidemiyası 26 nəfərin ölümünə səbəb olub

Nigeriyanın şimalındakı Kebbi əyalətində meningit epidemiyası 26 nəfərin həyatına son qoyub.
Elchi.az Kebbi Dövlət Səhiyyə Müvəkkili Yanusa İsmayıl açıqlamasında bildirib ki , ştatın Qvandu, Aleyro və Jeqa bölgələrində meningit halları aşkarlanıb.
Yanusa İsmayıl bu bölgələrdə 248 şübhəli meningit hadisəsi aşkarlandığını və epidemiya nəticəsində 26 nəfərin həyatını itirdiyini qeyd edib.
İsmayıl Kebbi əyalət hökumətinin epidemiyanın yayılmasının qarşısını almaq üçün dərman tədarükü üçün vəsait ayırdığını, həmçinin hadisələri idarə etmək üçün təcrid mərkəzlərinin yaradıldığını bildirib.
İsmayıl, yoluxma riskini azaltmaq üçün ictimaiyyəti şəxsi gigiyena qaydalarına riayət etməyə və izdihamlı yerlərdən çəkinməyə çağırıb.
Nigeriya hökuməti 2030-cu ilə qədər menenjitə qalib gəlmək üçün yeni tədbirlər elan edib.
Hava yolu ilə keçə bilən meningit beyindən başlayaraq bütün bədəni təsir edə bilər.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki