Dünən Rusiya prezidenti Vladimir Putin açıq-aydın müsbət əhval-ruhiyyədə olmayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətin alınmaması dərhal özünü büruzə verib, Rusiya və Ukrayna arasında hərbi münaqişə ətrafında vəziyyəti anlamaqda ortaq nöqtələr tapılmayıb. Ərdoğan açıq şəkildə Putinin əməliyyat apardığı barədə verdiyi məlumatlara inanmır və Rusiya hərbi gəmiləri üçün boğazları, Rusiya hərbi təyyarələri üçün isə səmanı açmaq istəmir və öz növbəsində Ərdoğan da Putini nəinki sülh şəraitində minimum güzəştə getməyə və Ukrayna ilə razılaşma və ya barışıq əldə etməyə, hətta, öz məsuliyyəti altında humanitar missiyaları yerinə yetirməyə belə inandıra bilmir.
Putinin BMT baş katibi ilə görüşü deklarativ xarakter daşıyıb. Tərəflər baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparsalar da, hər biri öz nöqteyi-nəzərində qalıb və yeganə irəliləyiş Rusiya tərəfinin Ukrayna ərazisində BMT-nin humanitar missiyalarının olmasının müzakirəsinə razılıq verməsi sayıla bilər. Eyni zamanda, BMT baş katibinin onu faktiki olaraq aqressiv müharibəyə səbəbsiz başlamaqda və müharibə cinayətlərində iştirakda ittiham etməsindən Putin son dərəcə narazı qalıb.
Daha sonra, artıq depressiyaya düşmüş Putin hərbi blokun rəhbərliyi ilə görüşə başlayıb və prezident planları müzakirə etmək və hesabatları dinləmək əvəzinə, sadəcə olaraq, iclasın bütün iştirakçılarını bütövlükdə və hər birini ayrı-ayrılıqda təhqir edib. İclas iştirakçıları prezidentin hərbi kampaniyanın başlanğıcından bəri davam edən bütün uğursuzluqlarla bağlı ittihamlarından başqa heç nə eşitməyiblər. Prezidentdən başqa heç kim danışmayıb və Putin 20 dəqiqədən sonra görüşü “Hamınız cəhənnəmə olun ..! Axmaqlar! (“Идите вы на х..! Кретины, б…ь!) sözləri ilə tamamlayıb.
Daha sonra Putin eyni ruhda güc blokunun rəhbərliyi ilə də görüş keçirib. Fərq onda olub ki, bu görüş daha uzun sürüb və bir neçə iştirakçı özlərinə haqq qazandırmağa cəhd edə biliblər. FTB-nin ikinci xidmətinin tam rəhbərliyi, eləcə də Bortnikovun müavini Korolev paylarını alıblar. Digərləri də söyüş yağışından nəsə çatıb, amma daha az dərəcədə. Putin görüşü ənənəvi “nəticə çıxarmaq” vədi ilə yekunlaşdırıb. Axşam saatlarında, görünür, həddindən artıq əsəb və həyəcan səbəbindən prezidentin tibbi yardıma ehtiyacı olub. Vəziyyət tam kritik olmasa da, tibbi personal narahat olub.
Dadaş Əhmədli