image-depardye-1068x601backend

Rusiya vətəndaşı olan Depardye: “Ukraynaya müdaxilə Putinin düşüncəsiz addımıdır”

Rusiya vətəndaşlığını alan məşhur fransız aktyor Jerar Depardye RF Prezidenti Vladimir Putinin Ukraynadakı genişmiqyaslı hərbi əməliyyatlarını pisləyib və bunu “düşüncəsiz şəkildə həddini aşma” kimi qiymətləndirib.

Ulduz bu barədə AFP-yə müsahibəsində bildirib.

“Rusiya xalqı Vladimir Putin kimi liderlərin çılğın, qəbuledilməz həddi aşmasına görə məsuliyyət daşımır”, – deyə aktyor bildirib.

Depardye həmçinin Parisdəki üç konsertindən əldə olunacaq gəliri “bu faciəli qardaş qırğınının ukraynalı qurbanlarına köçürəcəyini” vəd edib.pressklub

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki