image-putin-muharibebackend

Rusiya ordusu Ukraynada necə məğlub oldu? –DETALLAR

Artıq 3 aya yaxındır ki, Rusiyanın Ukraynaya təcavüzü davam edir. Bu müharibədə Rusiya ordusu öz imicini itirməklə məşğuldur. Bunu dünyanın bütün hərbi analtikləri öz açıqlamalarında bildirirlər. Maraqlıdır Rusiya Ukraynada niyə uğur qazana bilmədi? Dünyanın ikinci ən güclü ordusu hesab edilən Rusiya ordusu gözləntiləri nədən doğrultmadı? Hərbi ekspert Ədalət Verdiyev Alp.az-a açıqlamasında Rusiya -ukrayna savaşının detallarının açıqlayıb. Hərbi ekspert hesab edir ki, bu savaşda qalib tərəf Ukrayna ordusudur.
“Ukrayna müharibəsinin yükünü Rusiya artıq daşıya bilmir. Dünyanın 2-ci ordusu bir zavod və 2000 nəfər yarı hərbi, yarı mülki qruplaşma ilə 3 aya yaxın,həm də fosfor silahları ilə savaşdı. Hazırda Rusiyanın hücum əməliyyatları dayanıb və buna hansısa əfsanələr ilə haqqa qazandırmaq və rus xalqına həzm etdirmək lazımdır. İlk bəhanələr belə ola bilər:
1.Rusiya müharibənin “dərin” niyyətinə uyğun olaraq əməliyyatların hücum tempini qəsdən aşağı salıb.
2. Qışda soyuqdan donan Avropa Rusiyaya sanksiya güzəştlərinə gedəcək.
3. Ruslar soyuq aylarda yaxşı nəticələr göstərəcək.
Sonunda isə bu bəhanələr də bitəcək və Ukrayna xalqı qalib gələcək!” -deyə Ədalət Verdiyev bildirib.
image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki