image-1-11backend

Rus əsgərləri Xerson bazarında azərbaycanlıları girov götürdü: İşgəncə verib 100 min dollarlarını alıblar 

Rusiyanın işğalçı ordusu Xersonda azərbaycanlılara qarşı qəddarlığa imza atıblar. Alp.az xəbər verir ki, bu barədə  jurnalist Qənimət Zahid yazıb. O bildirib  ki, hadisə bir neçə gün əvvəl baş verib.

Belə ki, Xersonun məşhur və nəhəng “Kopani” bazarında çalışan azərbaycanlılar rus əsgərləri tərəfindən əvvəlcə girov götürülüb, daha sonra isə onlara işgəncə veriblər. “Rus əsgərləri 2 gün əvvəl bu bazara basqın edərək ordakı azərbaycanlıları ayırıblar və onlara işgəncə verməyə başlayıblar. 6 saat ərzində üzü üstə yerdə saxlanılan azərbaycanlı ticarətçilərdən rus əsgərləri döyə- döyə 100 min dollara qədər pul aldıqdan sonra çıxıb gediblər. Ruslar azərbaycanlı ticarətçilərə: “Ukraynaya ərzaq yardımı göstərməyin cəzasıdır” deyiblər”.

Qənimət Zahid bildirir ki, Ukraynadakı azərbaycanlılar olduqları bütün şəhərlərdə orduya və mülki əhaliyə təmənnasız ərzaq dağıdırlar və bu, rusları bərk qəzəbləndirib.

Xatırladaq ki, Xersondakı “Kopani” bazarı bütün Ukraynanı meyvə- tərəvəzlə təmin edən ikinci ın böyük ticarət mərkəzidir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki