“Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun görüşü yaxın vaxtlarda baş tutacaq.”
Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Alp.az Ria Novosti-yə istinadən xəbər verir ki, Lukaşenko bir gün əvvəl Putinlə yaxın vaxtlarda görüşəcəyini bildirmişdi.
“Həqiqətən də, belə bir görüş planlaşdırılır, bu yaxınlarda olacaq. Onun harada və necə keçiriləcəyi barədə sizə vaxtında məlumat verəcəyik” – deyə Peskov jurnalistlərə belə bir görüşün planlaşdırılıb-planlaşdırılmadığına aydınlıq gətirmək üçün cavab verib.
Sərvinaz Hacalıyeva