image-278965044_4992760564173972_691372022235100910_nbackend

Patruşevin uydurduğu sui-qəsdlər və ağlını itirmiş Putin

Yəqin ki, Vladimir Jirinovskinin dəfn mərasimində Rusiya prezidenti Vladimir Putinin iştirakı zamanı fəxri qarovul dəstəsinin “qeyb olduğunu” xatırlayırsınız. Bəzi ehtimallara görə, hətta, o mərasim zamanı Putin heç oraya getməmiş oxşar səhnə onun qaldığı bunkerdə quraşdırılmışdı. Bundan əvvəl də stüardessalarla bağlı səhnənin qurama olduğu ekspertlər tərəfindən əminliklə söylənilirdi. Eləcə də, Krımla bağlı keçirilən konsert zamanı da qarışıq səhnələrin efirə verilməsi, Vladimir Putinin çıxışı ilə Oleq Qazmanovun ifasının qarışması Pusiya prezidentinin bu çıxışının da bunkerdə yazıldığı iddialarının ortaya çıxmasına səbəb olmuşdu. Bütün bunlardan əldə olan nəticə budur ki, Putin cəmiyyət arasına çıxmaqdan dəhşətli dərəcədə qorxur və hər an ona sui-qəsd ediləcəyi düçüncəsi onu rahart buraxmır. Bu reallıqları nəzərə alan müşahidəçilər belə qənaətə gəliblər ki, Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüşün yaxın gələcəkdə baş tutması ehtimalı sıfıra yaxındır. Vladimir Putin hətta belə bir görüşün mümkünlüyünü müzakirə etmək cəhdlərindən hədsiz dərəcədə əsəbidir və son bir ay yarım ərzində Rusiya prezidenti ilə ünsiyyətdə olmaq “xoşbəxtliyinə” nail olan çoxsaylı ölkələrin liderləri bunun şahidi olublar.

Rusiya prezidentinin qorxuları onu yaxından tanıyanlar üçün başa düşüləndir. Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev dünən artıq neçənci dəfədir ki, Putinə Qərb xüsusi xidmət orqanlarının Rusiya liderini aradan götürmək üçün daha bir dəhşətli planını təqdim edib. Təhlükəsizlik Şurasının dərinliklərindəki bütün əvvəlkilər kimi uydurulmuş bu plan da əvvəlkilər kimi axmaq, lakin “dəhşətlidir” və elə buna görə də Putin xüsusilə təsirlənir. Bu dəfə dünya imperializminin sui-qəsdi o həddə çatıb ki, guya, Putin Zelenski ilə üçüncü ölkədə görüşmək qərarına gəlsə, prezident təyyarəsini vuracaqlar.

Bundan əvvəl Putin Zelenskinin zəhərdən odlu silaha qədər arsenaldan istifadə edərək və hətta özünü qurban verə biləcəyi görüşdə şəxsən sui-qəsdə cəhd edə biləcəyindən qorxmuşdu. Təbii ki, sağlam düşüncəli adam üçün bu, tam cəfəngiyyat və ağlasığmaz hadisədir, amma ən yaxın adamları tərəfindən də ona sui-qəsdin ola biləcəyinə inanan Putin üçün yox, onun fikrincə, Qərb xüsusi xidmət orqanlarının onu məhv etmək cəhdləri hər an baş verə bilər. Putin həm özünün, həm də yaxın çevrəsindən olan insanların yaratdığı alternativ reallıqda yaşayır. Əvəzolunmaz şəxs olmaq arzusunda olan Patruşev sui-qəsdlər uydurmaqla və bu sui-qəsdləri “uğurla” zərərsizləşdirməklə müharibəni başlatmış diktatorun yaşadığı bu xəyali reallığın bir hissəsini yaradır. İndi Putinin yaxın çevrəsində prezidentin düşüncəsində mövcud olan qələbə olmadan müharibənin bitməsi perspektivinə eyham vura biləcək bir nəfər də yoxdur. Üstəlik, Putinin bütün YAXIN ətrafı, nüvə zərbəsi perspektivlərini dəstəkləməsələr belə, prezident bu barədə danışanda onunla ziddiyyət təşkil edən bir kəlmə də demirlər və bunun belə olacağına qəti əmindirlər. Bir sözlə, dünya bir dəlinin əlində girinc qalıb.

Dadaş Əhmədli

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki