image-sirbistan_avrupa_birligi_getty_1677885_21677005120backend

Macarıstan Serbiyanın Aİ-yə üzvlük prosesini dəstəkləyir

Macarıstan prezidenti Tamas Sulyok ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük prosesini sürətləndirmək üçün Serbiyaya dəstəyini davam etdirəcəyini bəyan edib.
Elchi.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda rəsmi səfərdə olan Sulyok prezident Aleksandr Vuçiç tərəfindən qarşılanıb.
Sulyok və Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyətləri Serbiya sarayında qapalı görüş keçirib.
Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Macarıstan prezidenti Sulyok Serbiyanın AB-yə üzvlük prosesini sürətləndirmək üçün əllərindən gələni edəcəklərini bildirib.
Sulyok Macarıstanın enerji sabitliyinin Serbiyasız əldə edilə bilməyəcəyini və bu baxımdan iki ölkənin bir-birindən asılı olduğunu qeyd edib.
Serbiya sərhədləri daxilində yaşayan macar azlığın hüquqlarının qorunması mövzusunda müsbət düşündüklərini ifadə edən Sulyok, Macarıstanda yaşayan serb azlığın hüquqlarını qorumaq üçün çalışdıqlarını bildirib.
Serbiya Prezidenti Vuçiç Macarıstanı nəinki siyasi tərəfdaş kimi gördüklərini, həm də çox yaxşı dostluq münasibətlərinin olduğunu bildirib.
Belqrad ilə Macarıstanın paytaxtı Budapeşt arasında sürətli qatar xəttini tamamlamaq üçün çalışdıqlarını ifadə edən Vuçiç, layihə tamamlandıqda sərhəddə heç bir dayanma olmayacağını və səfərin 2 saat 40 dəqiqə çəkəcəyini bildirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki