ABŞ tarixinin ən qaranlıq səhifələrindən biri açılır. ABŞ-ın 35-ci prezidenti Con Kennedinin 1963-cü ildə öldürülməsi ilə bağlı yekun sənədlər ictimaiyyətlə paylaşılıb.
Elchi.az xəbər verir ki, ABŞ Milli Kəşfiyyat İdarəsi tərəfindən məxfiliyi ləğv edilmiş son 80.000 sənəd Milli Arxiv tərəfindən ictimaiyyətə təqdim edilib.
İndiyə qədər açıqlanan sənədlər sui-qəsdin arxasında kimin dayandığına dair qəti konsensus təmin etməyib.
Məxfilikdən çıxarılan fayllarda şübhəli qatil Li Harvi Osvaldın keçmişi, əlaqələri və müxtəlif dövlət qurumlarının cavabları ilə bağlı yeni təfərrüatlar var.
Mütəxəssislər sui-qəsdi işıqlandıra biləcək hər hansı mühüm məlumatın olub-olmadığını müəyyən etmək üçün 80 min sənədi araşdırır.
Şayəstə Hüseynova