image-abd-yemen-saldiriaa-2169947_1backend

Husilər: ABŞ-ın Yəmənə endirdiyi hava hücumlarında 16 üzvümüz həlak olub

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 16 üzvünün öldürüldüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki, Husilərə bağlı SABA xəbər agentliyinin dərc etdiyi xəbərdə məsələ ilə bağlı məlumat verilib.
Xəbərdə polkovnik Zeynəlabidin əl-Maxturi, mayor Əli əl-Həbbari, mayor Salih əl-Eşval, kapitan Avad Əli Avad və kapitan Məhəmməd Qənimin, həmçinin 11 zabitin dəfn mərasiminin martın 19-da paytaxt Sənada torpağa tapşırıldığı bildirilib.
Xəbərdə bu şəxslərin ABŞ-ın Yəmənə endirdiyi hava hücumlarında həyatını itirdiyi bildirilsə də, onların nə vaxt və harada öldüyünə dair məlumat verilməyib.
ABŞ Yəmənə hava zərbələri endirib
Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp martın 15-də “Truth” sosial platforması hesabında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini açıqlayıb.
Husilərin lideri Əbdül-Malik əl-Husi verdiyi açıqlamada, ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və onlar hücumlarını davam etdirdikcə, dəniz naviqasiyasındakı blokadaların Vaşinqtonu da əhatə edəcəyini bildirib.
Husilər ABŞ və Britaniyanın paytaxt Səna da daxil olmaqla bir sıra şəhərlərə endirdiyi hava hücumlarında 53 nəfərin öldüyünü, 107 nəfərin yaralandığını açıqlayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki