image-putin-aa-2302142_1backend

Putinin Rusiya ordusu ilə bağlı açıqlaması

Rusiya prezidenti Vladimir Putin Ukrayna qoşunlarının və xarici muzdluların Kursk bölgəsindəki fəaliyyətlərinin ətraflı araşdırılacağını bildirərək, “Ordumuz Kurskda düşmən qoşunlarının məğlubiyyətini başa çatdırmağa yaxındır” – deyib.
Elchi.az xəbər verir ki, Putin Rusiya Baş Prokurorluğunun paytaxt Moskvada keçirilən iclasında çıxış edib.
Kurskdakı Ukrayna əsgərləri və əcnəbi muzdluların Rusiya qanunlarına görə terrorçu olaraq təyin edildiyinə diqqət çəkən Putin, “Törətdikləri cinayətlər üzə çıxarılmalı, qeydə alınmalı və hərtərəfli araşdırılmalıdır”,-  ifadəsini işlədib.
Kurskdakı vəziyyətlə bağlı Putin deyib: “Biz bu yaxınlarda bir sıra sürətli, kifayət qədər cəsarətli və təsirli əməliyyatlar həyata keçirdik. Ordumuz Kurskda düşmən qoşunlarının məğlubiyyətini başa çatdırmağa yaxındır”.
6 avqust 2024-cü ildə Ukrayna əsgərlərinin Rusiyanın Kursk ərazisinə daxil olmasından sonra iki ölkə ordusu arasında başlayan qarşıdurmalar davam edir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki