image-nasa-evren-nasa-1876517_1backend

Sirli kosmik qüvvə zəifləyir: Kainatın taleyi dəyişə bilər?

Alimlər bildiriblər ki, kainatın genişlənməsini sürətləndirən sirli qüvvə olan qaranlıq enerji zəifləyə bilər. Təsdiq olunarsa, bu tapıntı kosmologiyaya dair mövcud anlayışı əsaslı şəkildə dəyişdirə və gələcəkdə kainatın genişlənməsini dayandıracağı və yenidən daralacağı “böyük böhran” ssenarisinin mümkünlüyünü artıra bilər.
Elchi.az xəbər verir ki, Arizona ştatındakı Kitt Peak Milli Rəsədxanasında Qaranlıq Enerji Spektroskopik Aləti (DESI) tərəfindən aparılan müşahidələr göstərdi ki, qaranlıq enerjinin gücü kainat indiki yaşının təxminən 70 faizinə çatdıqda zirvəyə çatdı və bu gün 10 faiz azaldı.
DESI komandasının sözçülərindən biri, Kaliforniya Universitetinin professoru, Alexie Leauthaud-Harnett, “Müşahidə etdiyimiz şey inanılmaz dərəcədə maraqlıdır. Qaranlıq enerji ilə bağlı böyük bir kəşfin astanasında ola bilərik” dedi.
Qaranlıq enerji nəzəriyyəsi dəyişə bilər
Qaranlıq enerji 1990-cı illərin sonlarında fövqəlnova partlayışlarını öyrənərkən kəşf edildi və kainatın genişlənmə sürətinin getdikcə artdığını göstərən məlumatlar ilə izah edildi.
İndiyə qədər sabit olduğu düşünülən bu sirli qüvvə, kainatın sonsuz genişlənəcəyi “böyük donma” ssenarisini dəstəklədi. Lakin yeni məlumatlar bu baxışı çətinləşdirir.
DESI araşdırmaçısı Durham Universiteti Prof. Dr Karlos Frenk “Qalaktikaları bir-birindən uzaqlaşdıran bir qüvvə var, lakin sabit deyil, zamanla azalır” deyib.
Elm adamları iki yerə bölündü
Əldə edilən məlumatlar fizikada kəşflərin təsdiqlənməsi üçün tələb olunan beş siqma səviyyəsində olmasa da, bəzi elm adamları tapıntının güclü dəlillər verdiyinə inanırlar.
Edinburq Universitetindən Prof John Peacock dedi: “Elmdə əminliklə bahis edəcəyim çox az şey var, amma bu nəticəyə 1000 funt sterlinq qoyacaqdım”. Bununla belə, Kembric Universitetindən Prof. George Efstathiou, qəti nəticə çıxarmaq üçün hələ tez olduğunu söylədi.
Qaranlıq enerji azalmağa davam edərsə, elm adamları kainatın taleyinin dəyişə biləcəyini söyləyirlər. Qaranlıq enerji mənfi hala gəlsəydi, kainat genişlənməyi dayandıracaq və geri dönəcək, sonra “böyük böhran” adlanan prosesdə başlanğıc nöqtəsinə geri dönəcək.
Qaranlıq enerjinin təbiəti hələ də məlum deyil
Qaranlıq enerjinin niyə azaldığı və kainatın 70 faizini təşkil etdiyi düşünülən bu qüvvənin tam olaraq nə olduğu hələ də məlum deyil.
London Universitetindən Prof Ofer Lahav, “Qaranlıq enerjinin sabit olduğunu başa düşmək kifayət qədər çətin idi. İndi o, daha da mürəkkəbləşir” dedi.
Lakin bu qeyri-müəyyənlik elm aləmində həyəcan yaradır. Kainatın sirlərinin açılmasında yeni müşahidələrin vacibliyini vurğulayan alimlər “20 ildir qaranlıq enerji ilə bağlı eyni nəzəriyyələrə malikik. İndi fiziklərin üzərində işləmək üçün yeni suallar var” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki