image-347066950184062backend

Tayvan Çinin işğalının mümkün tarixini açıqlayıb

İllik hərbi təlimlər zamanı Tayvanın Müdafiə Nazirliyi potensial Çin işğalının tarixini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Qəzet yazır: “Təlimlərin uzunluğu da bu yay ikiqat artaraq 10 günə çatacaq və bu, Çinin özünün iddia etdiyi demokratik regionda hərbi hazırlığa diqqətin artırılmasından xəbər verir”.
Eyni zamanda, Bloomberg ekspertləri hesab edirlər ki, Çinin işğalı üçün konkret tarixlərin təyin edilməsi parlament tərəfindən hərbi büdcənin artırılmasına yönəlmiş “siyasi siqnal” kimi qiymətləndirilə bilər.
Martın 14-də Tayvan prezidenti Lai Qingde Çini rəsmi olaraq “düşmən xarici qüvvə” adlandırdı və genişlənmiş milli təhlükəsizlik tədbirlərini elan etdi. Oktyabrın 19-da Çin prezidenti Si Cinpin ölkə ordusunu strateji çəkindirmə qabiliyyətini və real döyüş qabiliyyətini artırmağa çağırıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki