Elektrikli avtomobil istehsalçısı Tesla, Kaliforniya İctimai Kommunal Komissiyasından (CPUC) çoxdan gözlənilən sərnişin daşıma icazəsini aldı. Bu icazə şirkətə ştatda robotaxi əməliyyatlarına başlamağa imkan verir. Bununla belə, Tesla sürücüsüz avtomobillərini tam avtonom idarə etmək üçün hələ də əlavə icazələr almalıdır.
Elchi.az xəbər verir ki, Teslanın icazəsi əsasında şirkətin avtonom avtomobillərindən yalnız öz işçiləri istifadə edə biləcək. Geniş ictimaiyyətə təqdim edilməzdən əvvəl şirkət Kaliforniya Motorlu Nəqliyyat Departamentindən (DMV) əlavə təsdiq almalıdır.
Bundan əlavə, CPUC tərəfindən müəyyən edilmiş qaydalara əsasən, Teslanın robotaxi xidmətləri əvvəlcədən planlaşdırılan səfərlərlə məhdudlaşacaq.
Teslanın robot taksi planları
Tesla, 2024-cü ilin ikinci rübündə istifadəçilərin Tesla tətbiqi vasitəsilə nəqliyyat vasitəsini necə tələb edə biləcəyini göstərən robotaxi xidmətinin önizləməsini vermişdi.
Şirkət robotaxi xidmətini 2024-cü ilin avqustunda işə salmağı hədəfləmişdi, lakin gecikmələrə görə bu tarix oktyabr ayına təxirə salındı.
Oktyabr ayında keçirilən “Biz, Robot” tədbirində Tesla robot taksi modelləri Cybercab və Robovan və insanabənzər robot Optimusun təkmilləşdirilmiş versiyasını təqdim etdi.
Elon Musk 2025-ci ildə robotaxi sınaqlarına başlamağı planlaşdırdıqlarını və Kaliforniyanın bu sınaqların mərkəzi olacağını açıqladı. Bununla belə, xidmətin ictimaiyyətə nə vaxt açılacağı ilə bağlı hələ dəqiq bir cədvəl yoxdur.
Şayəstə Hüseynova