ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Elchi.az “Reuters”ə istinadən xəbər verir ki , bu barədə Ağ Evin aparat rəhbərinin müavini Den Skavino bildirib.
“Hazırda baş verən odur ki, prezident Tramp Oval kabinetdədir və Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonda danışır”, – Ağ Ev sözçüsü deyib.
Bir müddət əvvəl ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bildirmişdi ki, ABŞ Ukraynada atəşkəslə bağlı yekun razılığa gəldikdən sonra Rusiyaya qarşı sanksiyaları yumşaldacaq. O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp bu məsələni hələ müzakirə etməyiblər, lakin sonradan iqtisadi məhdudiyyətlər problemi aktuallaşa bilər.
Nuranə Məmmədova