image-652fa8803a3794c2c4b23da8f69b33d1backend

İran sanksiyalara görə Avropaya uçuşları dayandırdığını açıqlayıb

İran Hava Daşıyıcıları Assosiasiyası Avropa İttifaqının tətbiq etdiyi son sanksiyalardan sonra Avropa ölkələrinə uçuşları dayandırıb.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə assosiasiyanın direktoru Maksud Əsədi Samani bildirib.
“Ölkəmizdə Avropaya uçan yeganə aviaşirkət “Iran Air” idi və Aİ-nin “Iran Air”ə qarşı yeni sanksiyalarını nəzərə alsaq, bundan sonra heç bir İran təyyarəsi Avropaya uçmayacaq”, – Samani izah etdi.
Oktyabrın 14-də Aİ İranın Rusiyaya dəstək verdiyi iddiasına görə 7 şəxs və 7 şirkətə qarşı sanksiya tətbiq edib. Aİ Şurasının bəyanatında deyilir ki, bu vətəndaşlar və təşkilatlar guya Rusiya Federasiyasına pilotsuz təyyarələrin və raketlərin ötürülməsinə kömək ediblər.
Sanksiyalar arasında İranın “İran Air”, “Saha Airlines” və “Mahan Air” aviaşirkətləri, həmçinin İran Müdafiə Nazirliyinin rəis müavini Seyid Qələndəri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri də var.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki