İran Ukraynaya qarşı müharibə üçün vasitəçilər vasitəsilə Rusiya Federasiyasına silah tədarük etmədiyinə inandırıb.
Bu barədə xarici işlər naziri Dmitri Kuleba iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefon danışığından sonra Twitter-də yazıb.
“İran Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir. Xarici işlər naziri Abdullahiana İran şirkətlərinin köməyi ilə Rusiyaya silah tədarükü ilə bağlı ittihamları təkzib etdiyinə, eləcə də Ukraynaya tibbi heyət göndərdiyinə görə minnətdaram”, – Kuleba deyib.
Rüfət
Alp.Az